Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Cavid ömrü” adlı ədəbi – bədii gecə keçirilib

28.12.2022

27.12.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Nizami Gəncəvi adına Gəncə şəhər Tarix - Diyarşünaslıq Muzeyində görkəmli şair, dramaturq Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə “Cavid ömrü” adlı ədəbi – bədii gecə keçirilmişdir. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov,regional idarənin əməkdaşları, Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimləri və digər mədəniyyət müəssisələrinin işçiləri, Gəncə Dövlət Universitetinin tələbələri iştirak etdilər.

İlk olaraq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edildi. Sonra Nizami Gəncəvi adına Gəncə şəhər Tarix - Diyarşünaslıq Muzeyinin direktoru Pərvin Nəzərəliyeva tədbir iştirakçılarını salamladı və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hüseyn Cavidin 140 illik yubileyinin keçirilməsinə dair imzaladığı 24 sentyabr 2022-ci il tarixli sərəncamı şairin irsinə, yaradıcılığına olan böyük rəğbət və dəyərin göstəricisidi. Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin 3-cu kurs tələbəsi Seyhun Rzayev Hüseyn Cavidin həyat və yaradıcılılğı barədə geniş məruzə etdi. Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimləri qanunda Aysel Həsənova, tarda Tural Əliyev, kamançada İlahə Mirzəyeva, xanəndə Amin Bayramov İblis əsərindən Hüseyn Cavidin sözlərinə bəstələnmiş “Kor ərəbin mahnısı” nı ifa etdilər. Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin 3-cu kurs tələbəsi Leyla Camalzadə “İblis” əsərini təhlil edərək bildirdi ki, bu əsər müharibə əleyhinə yazılmış, bəşəri dəyərləri özündə ehtiva edən ən dəyərli əsərlərdən biridir. Çıxışının sonunda isə İblisin monoloqunu danışdı. Sonra Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin 3-cu kurs tələbəsi Seyhun Rzayev və 4-cü sinif şagirdi Zəhra Məhərrəmli Hüseyn Cavidin “Qız məktəbində” şeirini dialoq şəklində canlandırdılar. Nizami Gəncəvi adına Gəncə şəhər Tarix - Diyarşünaslıq Muzeyinin elmi - işçisi Fidan Böyükbabalı “Hüseyn Cavid Azərbaycan İncəsənətində” mövzusunda geniş məruzə ilə çıxış etdi. Sonra Nizami Gəncəvi adına Gəncə şəhər Tarix – Diyarşünaslıq Muzeyinin elmi işçisi Aytən Cəfərova Hüseyn Cavidin “Bənim Tanrım gözəllikdir, sevgidir “ şeirini danışdı. Əməkdar mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradov Hüseyn Cavidin “Ana” mənzum dramını geniş şəkildə təhlil edərək bildirdi ki, əsərin əsas mövzusu humanizmdir. Sonra qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək müəllifi olduğu “Dünya Azərbaycanlılarına” şeirini danışdı. Sonra Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifasında şair Əliağa Vahidin Hüseyn Cavidə ithaf etdiyi qəzəllə muğam parçası ifa etdilər. Tədbirin sonunda xatirə şəkli çəkildi.

 

85.4 KB