28.12.2022
27.12.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Mir Cəlal Paşayev Ev Muzeyinin təşkilatçılığı və Gəncə Uşaq İncəsənət Məktəbinin iştirakı ilə "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və il ərzində görülən işlərin yekununa həsr olunmuş tədbir təşkil olundu. Tədbirdə muzeyin kollektivi, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşları və Gəncə Uşaq İncəsənət Məktəbinin müəllimləri, şagird və valideynləri iştirak etdilər. Tədbiri muzeyin elmi işçisi Tağıyeva Ellada apararaq gələn qonaqları salamladı. İlk öncə vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Əhməd Cavadın 130 illik yubileyi, Fikrət Əmirovun 100 illik yubileyi və Şuşa ili çərçivəsində, bir birindən maraqlı tədbirlər keçirilmişdi. Gəncə Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdləri Fikrət Əmirovun,Tofiq Quliyevin və Şuşaya həsr əsərlər ifa etdilər. Daha sonra çıxış üçün söz Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Aləmzar Əlizadəyə verildi. Muzeyin bələdçisi Orucova Dilbər Əhməd Cavadın "Dan Ulduzu" şeirini səsləndirdi.
Daha sonra muzeyin direktoru İradə İbayeva çıxış edərək ilk öncə tədbir iştirakçılarını qarşıdan gələn " Dünya Azərbaycanlılarının Həmrəylik Günü " və "Yeni il" münasibətilə səmimi qəlbdən təbrik edərək , tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi. Sonda Gəncə Uşaq İncəsənət Məktəbinin direktoru Təvəkkül Hüseynli məktəbin bu ilki uğurlu nailiyyətlərindən danışaraq, müəllim və şagirdlərə daha böyük müvəffəqiyyətlər arzu etdi. Daha sonra muzey rəhbərliyinə göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirdi. Tədbirin sonunda Gəncə Uşaq İncəsənət məktəbin Təsviri incəsənət şöbəsinin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı rəsm sərgisinə tamaşa edildi.