Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Birliyimizin və inamımızın bayramı” mövzusunda ədəbi-bədii gecə keçirilib

27.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gəncə şəhər İsrafil Məmmədov ev-muzeyi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№ - li kitabxana filialı birlikdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə “Birliyimizin və inamımızın bayramı” mövzusunda ədəbi-bədii gecə keçirib.

Tədbirdə Gəncə şəhər 21 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı böyük kitabxanaçı Mirvari Cəfərova 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında ətraflı məlumat verib.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, Gəncə şəhər İsrafil Məmmədov ev-muzeyinin direktoru Nəimi Mustafayev, İsrafil Məmmədov ev-muzeyinin baş fond mühafizi Əfsanə Yusifova, Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva, Gəncə şəhər 21 nömrəli tam orta məktəbin müəllimi Esmira Cəfərova öz çıxışlarında bildiriblər ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə yazdığı “Həmrəyik, birgəyik, qanımız Türkdür !” şeirini səsləndirib.

Tədbir boyu şagirdlər Vətənə həsr olunmuş şeir kompozisiyası ilə çıxış ediblər.

 

130.9 KB