27.12.2022
24 dekabr 2022-ci il tarixdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbində xalq-çalğı alətləri şöbəsinin 1-ci sinif şagirdlərinin “Səhnədə ilk addımlar” adlı konsert keçirildi. Balaca fidanlar öz ilk çıxışlarında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini böyük həvəslə ifa etdilər.Şagirdlərdən Musayeva Selcan kamançada uşaq mahnısı “Şən yolka”, Hüseynzadə Sadiq sazda “Yanıq Kərəm” saz havasını, Abdullayev Əli Fikrət Əmirovun “Məktəblilər nəğməsi” pyesini tarda, Əlizadə Vaqif qarmonda xalq mahnısı “Sudan gələn sürməli qız”, Tağıyev Murad nağarada “Azərbaycan ritmləri”, xanəndə sinifinin şagirdi Mürsəlova Qənifə Səid Rüstəmovun “Yeni il gəlir” mahnısı ilə cıxış edərək ilk dəfə olaraq səhnədə öz istedadlarını nümayiş etdirdilər.