27.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Uşaq Kitabxanası 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibətilə 26.12.2022-ci il tarixində 1sayli şəhər tam orta məktəbində" Yeni il-Yeni arzular" adlı ədəbi bədii gecə keçirib.
Tədbir haqqında Uşaq kitabxanasının baş kitabxanaçısı Gülər Aslanova məlumat verdi və bütün Dünya Azərbaycanlılarını və xalqımızı yeni il münasibətilə təbrik etdi və tədbiri aparmaq üçün aparıcıları məkana dəvət etdi.Əvvəlcə məktəblilər"Qar dənəciyi" şeirini söylədilər,sonra məkana Şaxta baba və Qar qızı dəvət etdilər.Şaxta baba və qar qızın gəlişi tədbirə sevinc gətirdi.Uşaqlar mahnı oxudular, rəqs etdilər.Tədbirdə Şaxta baba uşaqlara bayram hədiyyəsi verdi .Uşaq kitabxanasının hazırladığı ssenari əsasında tədbirimiz davam etdi.