Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ulu babalardan müdriklik dəfinəsi - Kim daha çox atalar sözü bilir?” adlı viktorina keçirilib

24.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 24.12.22-ci il tarixində “Ulu babalardan müdriklik dəfinəsi - Kim daha çox atalar sözü bilir?” adlı viktorina keçirildi. Şöbənin müdiri Ellada Rəhimova iştirakçıları salamlayaraq qeyd etdi ki, ən böyük hikmətləri ən sadə və dərin şəkildə anladan atalar sözləri ucsuz-bucaqsız bir aləmdir. Atalar sözləri folklor sərvətimizin ən dəyərli inci və gövhəridir. Sonra uşaqlara viktorinanın qaydaları haqqında məlumat verdi. Uşaqlara müxtəlif mövzularda qısaldımış atalar sözləri təqdim edərək, müəyyən vaxt ərzində onun tamamlanmasını bildirdi. İki komandaya bölünən hər bir məktəbli böyük maraq və fəallıq göstərərək viktorinada verilmiş bütün sualları cavablandırdılar.Sonda qaliblərə kitabxana tərəfindən “Göy qurşağı” jurnalı təqdim olundu. Əsas məqsədimiz gələcək nəslə Azərbaycan şifahi xalq ədəbiyyatı və onun müxtəlif janrları haqqında məlumat vermək, onların bu sahədə biliklərini inkişaf etdirməkdir.

 

63.7 KB