Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yerli yazarla görüş”

22.06.2018

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında yerli yazar Qəzənfər Taplı ilə oxucuların görüşü təşkil edildi. Goranboy rayonunun Tap kəndində yaşayan Qəzənfər Taplı 6 kitabın və xeyli sayda publisistik məqalələrin müəllifidir. Oxucuların görüşünə gələn şair öz doğma kəndi, onun əmək adamları, görkəmli şəxiyyətləri, qəhrəmanları, şəhidləri haqqında gözəl şerlərin və publisistik məqalələrin müəllifidir.

Tədbiri oxu zalının müdiri Sevda Əliyeva açdı. Söz Qəzənfər Taplıya verildi. Şair 1988-ci ildə başlayan Qarabağ müharibəsindən söz açdı. Sərhəddə yerləşən doğma kəndinin erməni faşistlərinə qarşı apardığı mübarizədən, şəhidlərindən söz açdı.

Tap kəndinin qəhrəman oğlu Niyazi Aslanov haqqında yazdığı “Ellər Niyazi” adlı poemasından danışdı. Axıcı və çox şirin, sadə dildə yazdığı poemansında şair qəhrəman Niyazinin tək bir ailənin deyil, bütün elin qəhrəman oğlu - “Ellər Niyazi” olduğunu vurğuladı. Şair öz şerlərindən bir neçəsini oxuculara təqdim etdi. Sonda şair Qəzənfər Taplı oxucuların ona ünvanlandığı sualları cavablandirdi. Gənclərə vətənpərvər olmağı, vətəni, eli, obanı sevməyi doğma yurdun sayılan seçilən insanlarını dəyərləndirməyi tövsiyə etdi.

Görüşün sonunda şair Qəzənfər Taplı özünün kitablarını Mərkəzi Kitabxanaya hədiyyə etdi.