24.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 32 saylı tam orta məktəbin müəllim və şagirdləri ilə birgə 22.12.2022-ci il tarixdə ll Qarabağ müharibəsi şəhidi Hüseynağa Balıyev Salman oğlunun 35 illiyi ilə əlaqədar "Şəhidlik zirvəsində" adlı anım günü keçirdi.Tədbirdə ilk öncə Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kitabxanaçı Təranə Aslanova qeyd etdi ki, Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixinə əbədi olaraq qızıl hərflərlə həkk olundu.Bu tarixi qələbənin qazanılması naminə canını fəda etmiş zabitlərimizdən biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Hüseynağa Salman oğlu Balıyevdir. O, Xocavəndin Hadrut qəsəbəsinin azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olur. 32 saylı tam orta məktəbin tarix müəllimi Ramin Əhmədov da şəhidin keçirdiyi döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən söz açdı. Ölümündən sonra Hüseynağa Balıyev Salman oğlu "Qarabağ" ordeni və "Vətən" uğrunda medalı ilə təltif edilib. Sonda şagirdlər vətən uğrunda canlarından keçən Şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər.