Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ustad tarzən” başlığı altında söhbət keçirilib

23.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı kitabxana filialında 21.12.2022-ci il tarixdə Azərbaycanın xalq artisti, tarzən, pedaqoq Əhməd Bakıxanovun anadan olmasının 130 illiyi münasibəti ilə  "Ustad tarzən" başlığı altında söhbət keçirildi. Kitabxanaçı Gülarə Ələkbərova çıxış edərək tədbir iştirakçılarını salamladı və onlara  Əhməd Bakıxanovun həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. O, həmçinin tarzən Əhməd Bakıxanovun muğam sahəsində Azərbaycana bəxş etdiyi töhfələrdən bəhs edərək qeyd etdi ki,  Əhməd Bakıxanov Üzeyir Hacıbəylinin təklifi ilə yeni tədris proqramı təşkil edərək "Mahur-Hindi", "Bayatı-Qacar", "Dügahi", "Hümayun", "Nəva", "Rəhman", "Şahnaz", "Bayatı-Kürd", "Dəsti", "Mirzə-Hüseyn segahı" və  "Zabul segah" kimi muğamları  tələbələrinin dərsliklərinə əlavə olunur. Əhməd Bakıxanov Konservatoriya üçün proqram tərtib etməklə yanaşı, musiqi məktəblərinin tar, kamança, xanəndə sinfi üçün proqramlarda hazırlayır, xalq - çalğı alətlərinin təkmilləşməsində fəal iştirak edir. Musiqi folklorunun incəlməsi və nota salınmasında Əhməd Bakıxanovun rolu danılmazdır. Onun  milli musiqiyə bəxş etdiyi töhfələrdən musiqiçilər indidə bəhrələnməkdədir.
Tədbirdə kitabxananın oxucuları və ərazi sakinləri iştirak edirdi.

 

54.9 KB