Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İncə ruhun sədaları” ədəbiyyat saatı

22.06.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Gəncə şəhər Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 22 iyun 2018-ci il tarixdə görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə “İncə ruhun sədaları” adlı ədəbiyyat saatı keçirildi.

Tədbiri giriş sözü ilə açan kitabxanaçı Ayşən Bəhramlı “Ah mən gündən – günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim?” şerinin misralarından nümunələr gətirərək qeyd etdi ki, nakam şairimiz Mikayıl Müşfiqin söz dünyasına baş vurmaq, yarımçıq ömrünün arzuları ilə tanış olmaq bəlkə də bizim hər birimizin böyük arzusudur. Bildiyimiz kimi ölkə prezidentimiz İlham Əliyev XX əsr Azərbaycan poeziyasının qüdrətli qələm sablərindən olan Mikayıl Müşfiqin 110 illik yubleyinin respublikamızda təntənəli şəkildə qeyd olunması haqqında sərəncam imzalamışdır.

Sonra 2 saylı orta məktəbin müəlliməsi Mehriban Ələkbərova çıxış edərək bildirdi ki. bu sərəncam ölkə rəhbərinin Azərbaycan ədəbiyyatına və onun görkəmli şəxsiyyətlərinə olan dərin məhəbbət hissindən doğan bir addımdır. Azərbaycan poeziyasının söz sahibi olan Mikayıl Müşfiq qısa ömür yaşasa da sovet imperiyasının tüğyan etdiyi bir zamanda qələminin gücünü, eləcə də, dərin təfəkkürünü dərk edərək bir-birindən fərqlənən mövzuda şeir nümunələri yaratmışdir ki, bunların hər birində də şairin sənətə, həyata, cəmiyyətə olan saf, təmiz münasibəti və ideyaları öz əksini tapmışdır.

Sonda 2 saylı orta məktəbin şagirdləri M.Müşviqin “Yenə o bağ olaydı” şeirindən parçalar və digər şeirlərini söylədilər.