23.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Uşaq kitabxanası 22.12.2022 ci il tarixdə Şəhid Şamil Quliyev adına uşaq bağçasında növbəti nağıl günündə "Sehirli Qutu"adlı nağıl saatı keçirdi.Bu dəfə balacalar danışan nağıllar silsiləsindən Azərbaycan xalq nağıllar"Tıq-Tıq xanım"və "Ayna"nağıllarına tamaşa etdilər.Elektron disk vasitəsilə uşaqlara təqdim olunan nağıllar balacaların sevinc və marağına səbəb oldu. Tədbir balacaların asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulub.