Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dillən telli sazım” adlı ədəbi-bədii gecə keçirilib

22.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 21.XII.2022-ci il tarixində Aşıq-şair Nəbiyev Əhməd Mustafa oğlunun anadan olmasının 90 illiyi münasibətilə “Dillən telli sazım” adlı ədəbi-bədii gecə keçirtdi. Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdikdən sonra Aşıq-şair Nəbiyev Əhməd Mustafa oğlunun həyat və yaradıcılığı haqqında məlumat verdi. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Gülnara Hüseynova, Azərbaycan dili ədəbiyyat müəllimələrindən Nigar Rzayeva, Züleyxa Mirzəyeva, riyaziyyat müəlliməsi Nurcahan Quliyeva, psixoloq Qətibə Mustafayeva, Uşaq Birliyi Təşkilatının rəhbəri Qənifə Nağıyeva, Kitabxanaçı Ruziyə Abbasova və Jalə İsmayılova Aşıq Əhməd Nəbiyevin milli-mənəvi dəyərlərimizdən olan saz-söz sənətində etdiyi xidmətlərdən, Azərbaycan dövləti tərəfindən ona verilən qiymətdən danışdılar. Tədbirdə İşrirakşılardan X sinif şagirdi Ruslan Tağıyev sazda “Gəraylı”,”Baş sarıtel”, “Borçalı dubeyti” havalarını məharətlə ifa etdi, VII-VIII sinif şagirdləri saz musiqisinin müşaiətilə Aşıq-şair Əhməd Sadaxlının “Ala gözlərin“, “Yaraşsın”, “Məndən soruşdu”, “Keçdi”, “Telləri”, “Dağlar” və.s şeirlərini söyləyərək çıxışlar etdilər.

 

106.8 KB