22.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№ - li kitabxana filialı “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar “Gənclərin asudə vaxtının təşkili” məqsədi ilə “Ruhumuzu zənginləşdirən kitablar” mövzusunda sərgi keçirib. Tədbirdə Gəncə Dünya Məktəbinin müəllim və şagirdləri iştirak edib. Sərgidə müxtəlif elm sahələrinə aid 32 nüsxə və 29 adda kitab nümayiş olunub. Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova bildirib ki, insanın mənəvi aləminin zənginləşməsində mütailənin, kitab oxumağın faydası və əhəmiyyəti çox böyükdür. Mütaliə də ruhumuzu doydurur, ona qida verir, mənəvi mədəniyyəti zənginləşdirir, mənəvi dünya ilə bir bağ, körpü yaradır. Gənc, sağlam, yaradıcı zehinə sahib olmaq üçün müntəzəm oxumaq çox vacibdir. Sonra Mirvari Cəfərova iştirakçıları sərgidə nümayiş olunan kitablarla tanış edib, onları maraqlandıran suallara cavab verib.