Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami Gəncəvi İlindən Şuşa İlinə” adlı tədbir keçirilib

21.12.2022

20.12.2022-ci il tarixində Gəncə şəhər Nizami Gəncəvi Muzeyində Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun dəstəyi, Gəncə şəhər Nizami Gəncəvi Muzeyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 881 illiyinə həsr olunmuş “Nizami Gəncəvi İlindən Şuşa İlinə” adlı tədbir keçirildi.

Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, pedaqogika üzrə fəlsəfə doktoru, “Şuşanamə” kitabının müəllifi Bayram Apoyev, Respublikanın Əməkdar Mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradov, mədəniyyət, incəsənət işçiləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları dahi şair Nizami Gəncəvi Məqbərəsini ziyarət etdilər.

Sonra Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin muğam parçaları, muğam üçlüyünün ifasında “Xudayar təsnifi”, sözləri Bayram Apoyev, musiqisi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Svetlana Zelimxanqızı bəstəsi olan “Şəhidlərin ruhu” musiqisini "Gəncəm triosu" səsləndirdi.

Tədbirdə dahi şair Nizami Gəncəvi haqqında videoçarx nümayiş etdirildi.

Sonda Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısı ilə yekunlaşdı.

 

67.2 KB