21.06.2018
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Goranboy Dövlət Rəsm Qalereyası, Goranboy rayon Abidə mühafizəçiləri və Tarix-diyarşunaslıq muzeyi ilə birlikdə rayonun Meşəli kəndindəki Alban məbədinin qarşısında yay mövsümünü əks etdirən rəsm əsərlərindən ibarət səyyar sərgi təşkil etdi.
Sərgidə Goranboy şəhər İncəsənət məktəbinin rəssamlıq sinfi şagirdlərinin 12 ədəd rəsm əsərləri nümayiş olundu. Qalereyanın direktoru Çinarə Abdullazadə əsərlər haqqında geniş məlumat verdi. Daha sonra isə Alban məbədinə baxış keçirildi. Goranboyun Meşəli, Yuxarı Ağcakənd, Buzluq, Erkəs, Qaraçınar, Börü yaşayış məntəqəlirində V-VIII əsrə aid alban əbədləri hələdə qalmaqdadır. Bu abidələr eramızın I əsrindən XVII-XVIII əsrlərə qədər böyük bir dövrü əhatə edir. Xalqımıza qarşı tarixən ərazi iddiası ilə çıxış edən bədnam qonşularımız bu abidələrə də sahib çıxmaq istəyiblər. Bunun üçün müxtəlif vasitələrə əl atıblar. Abidələrin kitabələrini pozaraq ermənilərə aid olması barədə saxta yazılar əlavə ediblər.