19.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 6 saylı məktəbin 9 b sinif şagirdləri ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anadan olmasının 60 illiyi ilə əlaqədar “Mən şəhid oldum ki,vətən yaşasın” başlığı altında xatirə günü keçirdi.
Tədbirə başlamazdən ilk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri 1saylı kitabxana filialının kitabxanaçısı İlhamə Əliyeva apardı.O, bildirdi ki, Azərbaycan dövlətçiliyinin müdafiəsi, azad edilməsi istiqamətində fəaliyyətini təbliğ etmək Milli Qəhraman Salatın Əsgərovanın ömür yolunu örnək göstərməklə Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir.
6 saylı məktəbin ədəbiyyat müəllimi Kəmalə Məmmədova və Azərbaycan dili müəllimi Reyhanə Bəşirova Salatın Əsgərovanın keçdiyi ömür yolundan və onun Qarabağ döyüşləri zamanı Şuşa yaxınlığında ermənilər tərəfindən amansızcasına qətlə yetirilməsindən danışdılar.