Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ədəbiyyatşünas Əzizə Cəfərzadənin kitablarının xülasəsi keçirilib

19.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 17.12.22 - ci tarixdə görkəmli ədəbiyyatşünas,ictimai xadim,professor,tarixi romanlar ustadı Əzizə Cəfərzadənin doğum günü ilə əlaqədar "Aləmdə səsim var mənim", "Eldən-elə", "Vətənə qayıt", "Bakı-1501", "Cəlaliyyə" adlı kitablarının xülasəsini keçirtdi.Tədbiri kitabxananın müdiri Natella Hacıyeva açaraq,öncə XX əsr Azərbaycan ədəbiyyatının tanınmış tarixi romanlar ustası Əzizə Cəfərzadənin həyat və yaradıcılığı haqqında məlumat verərək qeyd etdi ki,yazıçının yaradıcılığında tarixi mövzulu əsərlər böyük yer tutur,o bütün ədəbi fəaliyyəti boyunca tarixi mövzulara üstünlük vermişdir.Sonra kitabxanaçı adı çəkilən romanların xülasəsini etdi və vurğuladı ki,bu romanlarda əsas sujet xətti Azərbaycan ədəbiyyatında və tarixində iz qoyan ədəbi şəxsiyyətlərin və tarixi qəhrəmanların obrazlarının yaradılması olmuşdur.Tədbirin sonunda kitabxanaçı vurğuladı ki,Əzizə Cəfərzadənin tarixi romanları Azərbaycan tarixinin,eləcə də ədəbiyyat tarixininin öyrənilməsi və tədrisi üçün mühüm bir mənbələrdəndir.

 

170.7 KB