19.06.2018
Azərbaycanın yüksəlişini bu gün Nizami yurdu Qədim Gəncənin timsalında da görmək olar. Bu mövzu ilə əlaqədar MKS – nin 7 saylı kitabxana filialında19.06.18 – ci il tarixdə daim yeniləşən, gözəlləşən doğma diyarımızı təbliğ etmək üçün “ Qədim Gəncənin yeni siması ” adlı informasiya saatı keçirildi. Tədbiri kitabxananın müdiri Natella Hacıyeva aparırdı. O, qeyd etdi ki, bugünkü tədbirimizdə biz qiyabi də olsa Gəncənin bu günü ilə maraqlanacaq, şəhəri gəzəcəyik. Bəri başdan deyək ki, Gəncə o Gəncə deyil, geniş küçə və prospektləri, hündürmərtəbəli, yaraşıqlı binaları, tamamilə yenidən qurulmuş tarixi abidələri, zövqlü parkları olan müasir bir şəhərdir. Burada tarixiliklə müasirliyin necə bir sintez təşkil etdiyini ilk andaca görmək olar, yəni şəhərimiz nə qədər qədimdirsə, bir o qədər də müasirdir. Kitabxanaçı çıxışının sonunda qeyd etdi ki, Gəncənin bu günə çatmasında ölkə Prezidenti cənab İlham Əliyevin və Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyevin misilsiz xidmətləri danılmazdır. Qeyd edək ki, iştirakçılar tədbir boyu hər gün dəyişən doğma şəhərimizin çarxlı slaydını izlədilər.