Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Muğamata bağlı böyük sənətkar” adlı ədəbi-bədii gecə təşkil edilib

16.12.2022

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun anadan olmasının 130 iliyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 oktyabr 2022-ci il sərəncamına əsasən Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalı və Musiqi-Not Fonoteka şöbəsi ilə birlikdə “Muğamata bağlı böyük sənətkar” adlı ədəbi-bədii gecə təşkil edildi. İlk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Əhməd Bakıxanovla bağlı kitabxanamızın əməkdaşı Tərifə Abbasovanın tərtib etdiyi videoçarx iştirakçılara təqdim edildi . Telman Hacıyev adına 2 saylı Uşaq Musiqi Məktəbinin müəllimi Gülnar İsayeva ustad tarzən haqqında-Azərbaycan Musiqi Mədəniyyəti sahəsində fəaliyyətindən, ifa etmiş olduğu muğamlarla bağlı məlumat verdi. Yazıçı-publisist Qərib Mehdi Ə.Baxıkanovdan ilhamlanaraq “Rast” muğamına həsr etdiyi kitabı ilə bağlı məlumat verərək bildirdi ki, o bu yazısı ilə mərhum tarzənin ruhuna öz borcunu az da olsa ödəmiş olduğu fikrini bildirdi. Telman Hacıyev adına 2 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Altun Mirzəyev və Əli Hüseynovun ifasında “Mahur təsnifi”, “Heyratı zərb muğamı”, muğam üçlüyünün ifasında “Mahur dəramədi” musiqi və muğamları ifa olundu. Sonda Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin müdir əvəzedicisi Gülünaz İsgəndərova tədbir iştirakçılarına və musiqi məktəbinin müəllim və şagird kollektivinə dərin təşəkkürünü bildirdi.

 

121.8 KB

 

158.7 KB