Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ustad-tarzən Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

16.12.2022

15 dekabr 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər uşaq  musiqi məktəbi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın əməkdar incəsənət xadimi,xalq artisti,əməkdar müəllim,ustad-tarzən Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.Tədbiri giriş sözü ilə məktəbin direktoru Almaz Əliyeva açıq elan edib,əvvəlcə Heydər Əliyev Mərkəzinin fond mühafizi Sənan Haqverdiyev Ulu öndər Heydər Əliyevin yaşadığı dövrdə  mədəniyyət və incəsənət sahəsində çalışan sənət adamlarına göstərdiyi diqqət və qayğıdan,eyni zamanda Əhməd Bakıxanovun həyat yolundan bəhs edib.

Sonra məktəbin müəllimi Günel Məmmədova milli musiqimizin əvəzolunmaz  sənətkarı olan Əhməd Bakıxanovun dərin muğam bilicisi,böyük bir musiqiçi-tarzən nəsli yetişdirən pedaqoq,xalq çalğı alətləri ansamblının yaradıcısı və bəstəkar kimi tarixə daxil olmağından,onun yaradıcılığının  genişliyi və çoxşaxəliliyi ,musiqi folklorunun incələnməsi və nota salınmasında geniş dinləyici kütləsini Azərbaycan musiqi folkloru ilə tanış etməsi barədə geniş məlumat verib.

Tədbir Əhməd Bakıxanova həsr olunmuş sənədli film izlənilməklə başa çatıb.

 

91.2 KB