Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Muğam aləminin mükəmməl bilicisi”adlı söhbət keçirilib

16.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı kitabxana filialında 15.12.2022-ci il
tarixdə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən Əhməd Bakıxanovun 130 illiyi ilə əlaqədar "Muğam aləminin mükəmməl bilicisi"adlı söhbət keçirildi.Tədbirdə kitabxanaçı Günel Kərimova çıxış edərək dahi sənətkarın həyat və yaradıcılığı haqqında
iştirakçılara məlumat verdi.Sonra 2 saylı orta məktəbin musiqi müəllimi Səfa Əliyeva bildirdi ki, milli musiqimizin inkişafında
silinməz iz qoyan görkəmli simalarından biri də Əhməd Bakıxanovdur.Əhməd Bakıxanov 1941-ci ildə Azərbaycan xalq çalğı alətləri ansamblını təşkil etmişdir.Məhşur tarzənin ifasında lentə alınan muğamlarımız ən gözəl sənət nümunələridir.Sonda kitabxananın fəal oxucusu, Uşaq İncəsənət Məktəbinin tələbəsi Ayan Məmmədova pianoda bir neçə musiqi əsərləri ifa etdi. Əhməd Bakıxanov deyirdi, piano ansamblda təkan verici qüvvədir. Çünki piano bir ansamblı, bir orkestri əvəz edir.

 

1.3 MB