Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağil saatı

25.11.2017

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 20-25 noyabr tarixində keçirilən nağıl saatı uşaqların böyük sevincinə səbəb oldu. Nağıllar uşaqları sehrli aləmə aparır. Körpələr nağıllar vasitəsilə hələ kəşf olmayan aləmə gedir. Orada onlar xeyirxahlıqla, dostluğa, əməksevərliyə , doğruluğa sövq edilir. Beləliklə nağıllar uşaqların həyatında mühüm rol oynayır. Nağil güşəsində uşaqlar Azərbaycan, rus və dünya ədəbiyyatından seçmə nağıllara qulaq asdılar. Hər bir nağılın sonunda isə uşaqlarla maraqlı müzakirələr aparıldı.