Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın xalq rəngləri” adlı tədbir keçirilib.

15.12.2022

15.12.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr olunmuş "Azərbaycanın xalq rəngləri" adlı tədbir keçirilib.
Tədbirdə  ilk olaraq, Əhməd Bakıxanovun həyat və yaradıcılığından bəhs edən videoçarx tədbir iştirakçıkarına təqdim olunub.Daha sonra  Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov çıxış edərək unudulmaz sənətkarın həyat və yaradıcılığından danışıb, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri haqqında məlumat verib. O, bildirib ki, təhsilini İranda almış Əhməd Bakıxanov  ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələndikdən sonra 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə iştirak edib. 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə o vaxtkı Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs deyib. Ə.Bakıxanov ömrünün çox hissəsini musiqi kadrlarının hazırlanmasına həsr etmiş,  onun yaratdığı ansambl bir çox görkəmli xanəndələri - Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Hüseynqulu Sarabskini, Zülfü Adıgözəlovu və digər görkəmli xanəndələri müşayiət edərək geniş konsert proqramları ilə insanların zövqünü oxşamışdır. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində Əhməd Bakıxanovun böyük xidməti var. O, muğam sənətinin dərin bilicisi kimi tanınmaqla yanaşı, az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi də məşhurdur. Eyni zamanda, onun yaratdığı bir çox melodiyalar, rənglər xalq ifaçılığında geniş yayılıb.
Daha sonra çıxış üçün söz  Mədəniyyət Mərkəzinin metodisti Leyla Vəliyevaya verildi. O, bildirib ki,  Əhməd Bakıxanov “Azərbaycan xalq rəngləri” , “Azərbaycan ritmik muğamları”, “Muğam, mahnı, rəng” kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunmaqdadır.  Əhməd Bakıxanov bizə zaman baxımından həm yaxındır, həm də uzaq. Ondan bizə çox şeylər yadigar qalıb. Onun əsərləri bu gün də ifa edilir, xatirəsi ürəklərdə yaşayır. Ona görə də sənətkarın özü bizə nəfəs çatacaq qədər yaxındır. Neçə-neçə illər ərzində milli alətimiz olan tar enişli-yoxuşlu yollar keçib. Əhməd Bakıxanov və onun kimi milli mədəniyyətimizin keşiyində duran şəxslər tara qarşı yönəlmiş qərəzli həmlələrlə mübarizə aparıblar. O insanlara minnətdar olmalıyıq ki, çətin zamanların içərisində kökslərini irəli veriblər, bu sənəti yaşadıblar.

 

486.3 KB