15.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 14.XII.2022-ci il tarixində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən, Xalq artisti Əhməd Bakıxanovun 130 illik yubilieyi münasibətilə “Ömrün sarı simi” adlı ədəbi-bədii gecə keçirtdi. Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdikdən sonra muğam sənətinin dərin bilicisi Əhmədxan Bakıxanovun həyat və yaradıcılığı haqqında məlumat verdi. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Gülnara Hüseynova, təlim tərbiyə işləri üzrə direktor müavini Rasim Alıyev, Azərbaycan dili ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova, musiqi müəlliməsi Təranə Hacıyeva, psixoloq Qətibə Mustafayeva, Uşaq Birliyi Təşkilatının rəhbəri Qənifə Nağıyeva, Kitabxanaçı Ruziyə Abbasovavə, Jalə İsmayılova Əhməd Bakıxanovun görkəmli tarzən, pedaqoq, xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri Azərbaycan muğam sənətinin dərin bilicisi olmasından danışdılar. Tədbirdə İşrirakşılardan VI sinif şagirdi Nurxan Zeynalov tarda “Şur muğamı”, VII sinif şagirdlərindən Rzazadə Murad, Minarə Musayeva, Mədinə Rzazadə, Çinarə Alıyeva və Ayan Həsənova “Bayatı-Şiraz”, “Hümayun”, “Şahnaz” muğamlarını tarda ifa edərək çıxışlar etdilər.