15.12.2022
14.12.2022-ci ildə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialının təşkilatçılığı ilə Gəncə şəhər 2 saylı Peşə liseyində akademik Həsən Əliyevin anadan olmasının 115 illiyi münasibətilə "Azərbaycan ekologiya elminin banisi-Həsən Əliyev" başlıqlı oxucu konfransı keçirdi. Filialın müdiri Rahilə Qasımova tədbir iştirakçılarını salamladı və konfransı açıq elan etdi.
Tədbir iştirakçıları Həsən Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan insanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Konfransda ADAU-nin Aqrarkimya kafedrasının müdiri, elmlər doktoru, professor Həsənəli Aslanov, 10 saylı Gəncə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini Mais Vəliyev, ADAU-nin İctimai fənnlər kafedrasının müəllimi Türkan Əhmədova, GDU-nin Coğrafiya kafedrasının coğrafiya üzrə fəlsəfə doktoru Nəsibə Hacıyeva və peşə liseyinin direktoru Şahin Məhərrəmov çıxış etdilər.
Konfransda akademik Həsən Əliyevin elmi işilərindən, ömür yolunun zənginliyindən, ana torpağa, ana təbiətə bağlılığından söhbət açıldı. Akademik öz ömrünü Azərbaycanın torpağını və təbiətini öyrənmək, qorumaq və zənginləşdirmək sahəsində elmi, nəzəri və praktik fəaliyyətə həsr etmişdi. Konfransda qeyd edildi ki, Həsən Əliyevin elmi yaradıcılığı torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii sərvətlərin qorunub səmərəli istifadə olunması, problemlərini və.s sahələri əhatə edir. Alimlər onun kitabları və elmi məqalələri haqqında ətraflı məlumat verdilər.
Tədbirdə Həsən Əliyevə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Sonda kitabxanaçı Həsən Əliyevin elmi yaradıcılığı həmişə dövlətimiz tərəfindən yüksək qiymətlədirildiyini, adının əbədiləşdirildiyini və hələ neçə -neçə gənc alimlər onun elmi yaradıcılığından bəhrələnəcəyini söylədi.