Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yaşa var ol Azərbaycan”

14.06.2018

14.06.2018-ci il tarixində Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 15 Iyun Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə “Yaşa var ol Azərbaycan” başlığı altında şeir saatı keçirildi.

Tədbiri giriş sözü ilə Uşaq şöbənin müdiri Ellada Rəhimova açaraq bildirdi ki, Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü xalqımızın yaddaşında əbədi olaraq qalacaqdır. O zamanlar ölkəmizdə tüğyan edən ictimai-siyasi böhran məhz Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə aradan qaldırıldı və respublikamızın gələcək inkişafının təməli qoyuldu.

Tədbirdə iştirak edən kitabxananın fəal oxucuları Milli Qurtuluş Gününə həsr olunmuş şeir kompozisiyası ilə çıxış etdilər. Şagirdlərin ifasında Ulu Öndər H.Əliyevə, Azərbaycana, vətənə, xalqa, müstəqilliyimizə həsr olunmuş şeirlər səsləndi, mahnılar oxundu, rəqslər ifa olundu. Sonda Milli Qurtuluş Gününə həsr olunmuş video-çarx nümayiş olundu.