Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Şuşa haqqında nə bilirik”?adlı söhbət keçirilib

15.12.2022

Gəncə Regional Mədəniyyət Idarəsi Goranboy rayon Uşaq kitabxanası 14.12.2022-ci il tarixində 1saylı şəhər tam orta məktəbdə İkinci Qarabağ Müharibəsi şəhidi Vüsal Nağıyev adına lVcü sinif otağında " Şuşa haqqında nə bilirik"?adlı söhbət keçirdi.

Tədbiri Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova açdı tədbirin keçirilməsi haqqında məlumat verdi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Uşaq şöbəsinin bibloqrafı Pakizə İsmayılova " Şuşa qədim qala" adlı məruzə ilə ilə çıxış edərək qeyd etdiki Şuşa qədim tarixə malikdir.Şuşa yeraltı yerüstü sərvətləri ilə məhşurdu.1992 ci ildən bu qədim diyar erməni işğalçıları tərəfindən işğal olunmuşdur Lakin indi Müzəffər Ali Baş Komandan İlham Əliyevin və güclü Azərbaycan Ordusunun şücaəti sayəsində Şuşa şəhəri öz azadlığına qovuşdu.Mültimedia mütəxəssisi Rəbiyyə Əliyeva məktəblilərə Uşaqların yaxın dostu Zahid Xəlilin Şuşa şəhərinə həsr etdiyi şerlər yazılma tarixi haqqında məlumat verərək qeyd etdi ki 1990 cı illərdə torpaqlarımız işğal olunarkən"Vətən mənə oğul demə" yazan Zahid Xəlil qələmi 2020 ci ilin şanlı zəfərindən sonra" Dəmir Yumruq Dastanını yazaraq sizlərə qələbə dastanını poetik dillə təqdim etdi.Sonra şagirdlər Zahid Xəlilin " Şuşa -Xonça Şəhər", "Şuşanın uşaqları" və "Dəmir Yumruq" şeirlərindən parçalar oxudular.

 

77.1 KB