Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Unudulmaz qəhrəman” başlığı altında söhbət təşkil edilib

14.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 14.12.2022 - ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı Əliyev Əliyar Yusif oğlunun  anadan olmasının 65 illiyi ilə əlaqədar  “Unudulmaz qəhrəman” başlığı altında söhbət təşkil etdi. Tədbirdə C.Cabbarlı adına 6 nömrəli məktəbin şagirdləri iştirak etdi. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.  Tədbiri aparan şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva qeyd etdi ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, qanlı döyüşlərdə misilsiz şücaət göstərənlərin qəhrəmanlığı elə yüksək dərəcəyə çatmışdır ki, bu insanlar ölkəmizin ən ali fəxri adına – Azərbaycan Respublikasının Milli Qəhrəman adına layiq görülmüşlər. Milli Qəhrəmanların həyat yolunu, döyüş şücaətlərini hər bir Azərbaycan vətəndaşı bilməli, ondan nümunə götürməli, təbliğ etməlidir, çünki onların həyat yolu bizi qələbəyə aparan yoldur. Belə şəhidlərdən biri də I Qarabağ müharibəsi şəhidi, Qubadlının igid qəhrəmanı, “Pəhləvanlar taboru”nun komandiri Əliyev Əliyar Yusif oğlu olmuşdur. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulmuş və Qubadlıda, Laçında, Xocalıda gedən döyüşlərdə qəhrəmancasına şücayət göstərmişdir. Onun son döyüşü 1992 – ci il oktyabrın 3 - də Laçının 2 kilometrliyində  olmuş və “Tikanlı zəmi” yüksəkliyi uğrunda gedən döyüşdə tabor komandiri Əliyar Əliyev qəhrəmancasına həlak olumuşdur. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Əliyar Əliyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. Tədbiri keçirtməkdə məqsəd uşaqlara vətənpərvərlik hissini aşılamaq,  azərbaycanın bütövlüyü uğrunda  canından keçmiş qəhrəman, igid oğulları tanıtmaqdır.

 

185.1 KB