14.12.2022
14.12.2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzəşdirilmiş Kitabxana Sisteminin Fətallar kənd kitabxana filialının təşkilatçılığı ilə Zallar kənd
kitabxana filialının əməkdaşları Sumqayıt şəhər 1 saylı Əhməd Bakıxanov adına Uşaq İncəsənət Məktəbində “Ustadın izi ilə” mövzusunda tədbir keçirildi. Tədbirdə Fətallar kənd kitabxana filialının müdiri Bayramova Rəfiqə Əhməd Bakıxanovun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi. Tədbirdə məktəbin dərs hissə müdiri Babayeva Gülərı, tar müəllimi Süleymanlı Zülfüqar çıxış edərək bildirdilər ki, Əhməd Bakıxanov muğam sənətinin dərin bilicisi olmuş, ifaçılıq təcrübəsində az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta" muğamlarının mahir ifaçısı kimi tanınmasından, eyni zamanda, onun yaratdığı bir çox melodiyalar, rənglər xalq ifaçılığında geniş yayılmasından,“Azərbaycan xalq rəngləri”, “Azərbaycan ritmik muğamları”, “Muğam, mahnı, rəng” kimi not nəşrlərinin müəllifi, bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsait olmasından danışdılar.
Tədbirdə tar müəllimi Süleymanlı Zülfüqar və şagirdlərin ifasında gözəl musiqilər səsləndirdilər.