Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ömrün Sarı Simi” adlı tədbir keçirilib

14.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzlədirilmiş Kitabxana Sistemi  Şəhər Kitabxana Filialının işçiləri Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə birlikdə 13 Dekabr 2022-ci il tarixdə  Goranboy rayon Uşaq İncəsənət Musiqi Məktəbində Tarzən Əhməd Bakıxanovun 130 illiyi münasibətilə “Ömrün Sarı Simi” adlı tədbir keçirdilər. Tədbir Uşaq İncəsət Məktəbinin 1-ci Qarabağ müharibəsi döyüşlərində şəhid olmuş, Kərimov Saqi adına verilmiş Tar sinifdə müəllim və şagird kollektivinin iştirakı ilə keçirildi. Tədbiri giriş sözü ilə Heydər Əliyev Məkəzinin bələdçisi Mətanət Hüseynova açaraq, sözü Uşaq İncəsət Musiqi Məktəbinin tar müəllimi Əmirov Gəray oğluna verdi. Gəray Əmirov musiqi alətlərinin şahı olan tarın incəlilkləri haqqında məlumat verdi. Tarzən Əhməd Bakıxanovun həyat və yaradıcılığı haqqında Şəhər  Kitabxana Filialının multimedia mütəxəssisi  Kəmalə İsmayılova söhbət açdı. Təbirinin sonu tar sinifinin şagirdlərindən Abdullazadə Toğrul , Vəliyev Hüseyin  və  Məmmədov Qafur tarzən Əhməd Bakıxanovun əsərlərindən tarda ifa etməklə  başa çatdı.

 

34.3 KB