Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hər bir vətəndaş hüquqlarımıza güvənir”

13.06.2018

18 iyun İnsan hüquqları günü münasibətilə 13.06.2018-ci il tarixdə MKS-nin 24№li kitabxana filialı 2№li peşə liseyində “Hər bir vətəndaş hüquqlarımıza güvənir” adlı dəyirmi masa keçirdi. Tədbirdə kitabxananın müdiri Rahilə Qasımova 18 iyun insan hüquqları gününün dövlət başçısının 17 iyun 2007-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında “İnsan hüquqları Günü” kimi qeyd olunduğunu söylədi.

Tədbirə dəvət edilmiş Gəncə şəhər hüquqi xidmət rəhbəri hüquqşünas Sevil Tağıyeva “İnsan hüquqlarına dair Dövlət proqramı”nın təsdiqlənməsi ilə insan hüquqlarının müdafiəsi baxımından müstəqillik tarixinə malik olan dövlətimizdə 1998-ci ildə Heydər Əliyev tərəfindən dönüş yaradıldığını qeyd etdi. 1998-ci ildə Qadın problemləri üzrə Dövlət Komitəsinin, 2009-cı ildə isə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin yaradılmasını söylədi. Bu isə ölkədə ailə, qadın və uşaqlara göstərilən böyük qayğının nəticəsidir. Hüquqşünas həm də 2011-ci ildə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyinin artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edildiyini qeyd etdi. Dövlətimiz insan hüquq və azadlıqının inkişafı etdirilməsi və təkmilləşdirilməsi, daha səmərəli təmini istiqamətində beynəlxalq konvensiyalara qoşulmuşdur.

Tədbirdə iştirak edən peşə liseyinin direktoru Şahin Məhərrəmov, dərs hissə müdiri Şəfəq Mehtiyeva, müəllimlərdən Lalə Ocaqquliyeva da mövzunun hər bir vətəndaş üçün aktual olduğunu söylədilər və mövzuya aid fikirlərini bildirdilər. Tədbir iştirakçıları dəyirmi masada aktiv iştirak etdilər və məktəblilər insan hüquqları haqqında hüquqşünasa müraciət etdilər.

Sonda iştirakçılar “Qanunlar bizim müdafiəçimizdir” adlı sərdi ilə tanış oldular.