Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Böyük siyasətçi və dövlət xadimi” adlı anım günü  keçirilib

14.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin 9 saylı filialında 12.12.2022-ci il tarixində Azərbaycanı daim yüksəliş yoluna aparan Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük siyasətçi və dövlət xadimi” adlı anım günü  keçirildi.

 Tədbirdə Gəncə şəhər 37 saylı orta məktəbin  müəllim və şagirdləri iştirak etdi .Dahi şəxsiyyət Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Kitabxanaçı Nərgiz Məmmədova tədbiri açıq elan etdikdən sonra tarix müəllimi Əfsanə Məmişova, azərbaycan dili və ədəbiyyat müəllimi Ülvü Əliyev, Səidə Ağayeva Ümummilli liderin həyat yolundan, müstəqil Azərbaycan üçün həyata keçirdiyi siyasətindən söz açdılar. Tədbirin davamında çıxış edən şagirdlər Ümummilli lider Heydər Əliyevi tərənnüm edən “Sönməz, əbədidir  Heydər Əliyev”, “Bir işıq doğdu yurda, o vətənə gələndə”, “Ulu bir sərkərdə, ulu bir öndər” şeirlərini söyləyib, müdrik kəlamlarından sitatlar səsləndirdilər.

 Nə qədər ki Azərbaycan xalqı yaşayır Heydər Əliyevin xatirəsi daim qəlblərdə yaşayıb və yaşacaqdır!

 

86.6 KB