13.12.2022
09.12.2022 ci il tarixdə Gəncə Regional Mədəniyy İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzi Nizami kənd Sənətkarlıq evində dahi şairimiz Nizami Gəncəvinin 881 illiyi münasibətilə tədbir keçrildi.
Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Nizami kənd sənətkarlıq evi ,Nizami kənd İcra nümayəndəliyi, Faxralı, Sarov, Kələk, Qırıxlı, Dəyirmanlar, Baxçakürd, Qurbanzadə, Qardağlı mədəniyyət evləri və Düzqışlaq uşaq musiqi məktəbi iştirak edirdilər. Dahi şairimiz Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında Nizami kənd sənətkarlıq evinin bədii rəhbəri Anaxanım Tağıyeva tədbir iştirakçılarına məlumat vetdi.Nizami Gəncəvi haqqında Nizami kənd bələdiyyə sədri Kazımov İnqilab, Nizami kənd sakinləri, Qaradağlı kənd tam orta məktəbin ədəbiyyat müəlliməsi və Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Hüseynov Ülvi çıxış edərək öz fikirlərini bildirdilər. Sonra tədbirin bədii hissəsi başladı.Tədbirdə Nizami kənd tam orta məktəbin şagirdləri şairin əsərlərinin motivləri üzərində qurulmuş səhnəciklər göstərdilər və şeirlərindən səsləndirdilər. Düzqışlaq uşaq musiqi məktəbinin şagirdləri də şairin əsərlərinə yazılmış romans və mahnılar ifa etdilər.Sonda Nizami kənd sənətkarlıq evinin direktoru Sadıqova Natavan tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.