14.06.2018
14.06.2018-ci il tarixində Gəncə şəhər MKS-nin oxu zalnda 15 iyun Milli Qurtuluş Günü münasibətilə “Azərbaycanın istiqilal bayramı” adlı mövzu gecəsi keçirildi..
MKS-nin direktoru Elmira Əliyeva tədbiri acıq elan edərək bildirdi ki, hər il təntənəli şəkildə qeyd etdiyimiz 1993-cü ilin 15 iyunu xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Məhz həmin tarixdən Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası başlanır.Ulu Öndər Heydər Əliyevin iyun aynın 15-də yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuşdur.
Oxu zalının müdiri Əfsanə Bağrova oxucuları 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edərək,1993-cü ilin iyununda respublikamızda baş vermiş ictimai-siyasi proseslərə bir daha nəzər salaraq dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışdı. Bildirdi ki, son 25 ildə Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş uğurlar birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Kitabxanalararasi abonoment şöbəsinin müdiri Vusalə Hüseynova isə öz çıxışında vurğuladı ki, müstəqil Azərbaycanımızda yaşanan 15 iyun - Milli Qurtuluş günü xalqımızın çətinliklərdən qurtulduğu, güclü bir dövlət bünövrəsinin qoyulduğu gündür. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ümummilli liderimiz Heydər Əliyev yaradıb. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlar.
Tədbirdə 27,5 və 32 sayli məktəb şagirdləri Əhmədli Murad,Məmmədov Murad, Məmmədli Hüseyn və İsmayılova Yağmur Qurtuluş gününə həsr edilmiş şeirlərdən ibarət ədəbi kompozisiya ilə çıxış etdilər. Daha sonra isə oxucular Milli Qurtuluş günü - Tarixin Şanlı səhifələrini əks etdirən videoçarxı izlədilər.