Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib

12.12.2022

12.12.2022-ci il tarixində Xocalı rayon Mədəniyyət evində Xocalı Rayon İcra Hakimiyyətinin və Xocalı rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirildi. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi, humanitar məsələlər üzrə şöbə müdiri Lamiyyə Qarayeva, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov, rayon mədəniyyət müəssisələrinin işçiləri, rayon idarə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak etdilər. Ulu Öndər Heydər Əliyevin Heydər Əliyev parkında olan büstünün önünə gül dəstələri qoyuldu.
Ulu öndərin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi. Xocalı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi, humanitar məsələlər üzrə şöbə müdiri Lamiyyə Qarayeva bildirdi ki, Hər bir millət, hər bir dövlət yaşam tarixində torpağını, xalqını sevən, onu mübarizə meydanında qələbəyə, çətin anlarda işığa doğru aparan rəhbərə, şəxsiyyətə ehtiyac duyur. Sözün əsl mənasında hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərə daim ehtiyac var. Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur durur. Daim bu torpaq, bu millət dahilər, Heydər Əliyev kimi adını zirvələrə ucaldan şəxsiyyətlər yetirib. Yeni Azərbaycan Partiyasının Xocalı rayon Təşkilatının sədri Vahid Əliyev çıxış edərək bildirdi ki, İllər keçdikcə, ümummilli liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur. Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı, ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Yekun olaraq Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək bildirdi ki, Heydər Əliyev bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir. Heydər Əliyev bəşəriyyətin sülh, əmin-amanlıq, dostluq və firəvanlıq içində yaşaması üçün çox işlər görmüşdür. Zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq obyektiv tarixi meyillərin və həqiqətin meyarı isə dəyişməz qalır. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur.  Sonda tədbir Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Sonsuz sevgi və ehtiramla” adlı sənədli filminin təqdimatı ilə yekunlaşdı.

 

1.1 MB