12.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Sən elə bir zirvəsən!” başlığı altında təşkil edilmiş sərgiyə baxış keçirildi. Tədbiri filialın kitabxanaçısı Sulaxbin-Elçi Aygün apardı. Kitabxanaçı ilk öncə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışdı. Sonra sərgidə yer almış kitablar haqqında məktəblilərə məlumat verdi. Məktəblilər sərgi-söhbətə böyük maraq göstərdilər. Qeyd etdilər ki, Ümummilli Lider Heydər Əliyevin həyatı, fəaliyyəti, xalqımız üçün əvəzolunmaz xidmətləri daima bizim yaddaşımızdadır.