Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azadlığa yol açan Milli Qurtuluş günümüz”

14.06.2018

MKS- nin 20 saylı kitabxana filialı 23 saylı orta məktəblə birlikdə 14.06.2018- ci il tarixində “Azadlığa yol açan Milli Qurtuluş günümüz” başlığı altında ədəbi-bədii kompozisiya keçirdi.

Kitabxananın böyük kitabxanaçısı Yeganə Əlıyeva tədbir iştirakçılarını salamladı və bu böyük bayram münasibətilə hamını təbrik etdi. Tarix müəllimi Quliyeva Sevda öz çıxışında bildirdi:1993-cü il iyunundan- Gəncə hadisələrindən danışdı. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əlıyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı.Belə bir vaxtda xalqın çoxsaylı təklif və təkidi ilə dahi Heydər Əliyev hakimiyyətə gəldi və dövləti məhv olmaqdan xilas etmək üçün yollar göstərdi, xalqla birlikdə bu yolla yürüyərək dövlətimizi və millətimizi qorxulu bir fəlakətdən-vətəndaş müharibəsindən xilas elədi..O vaxtdan 15 iyun -Heydər Əlıyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir.

23 saylı məktəbin şagirdləri bayrama həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxışlar etdilər, şeirlər söylədilər.