Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Ulu öndər Heydər Əlyev” adlı dəyirmi masa təşkil olunu

12.12.2022

12.12. 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux şəhər Kitabxana filialının təşkilatçılığı ilə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Samux şəhər kitabxana filialında 12 Dekabr -- Ulu öndər, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar " Ulu öndər Heydər Əlyev" adlı dəyirmi masa təşkil olundu. Tədbirdə Samux şəhər Kitabxana filialının əməkdaşları, Samux şəhər Mədəniyyət evinin əməkdaşları, Samux şəhər 3 saylı məktəbin şagirdləri iştirak etdi.

   Tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

  Samux şəhər Kitabxana filialının müdiri Bahar Gözəlova  bildirdi ki, 12 dekabr tarixində müasir Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı ulu öndər Heydər Əliyevin vəfatından 19 il ötür. Kitabxananın müdiri çıxışı zamanı onu da vurğulayıb ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, dünyanın ən görkəmli siyasətçilərindən biri olub. Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. O, bildirib ki, ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizdə əmin-amanlıq, sakitlik yaradıb, hərc-mərcliyə son qoyulub və Azərbaycan dövləti tarixində quruculuq mərhələsi başlayıb.

 Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

  Tədbirdə çıxış edən Samix şəhər Kitabxana filialının multimedia resursları üzrə mütəxəssisi Samirə Ələkbərova qeyd etdi ki, Heydər Əliyev Azərbaycan rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Azərbaycan Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan, nüfuzlu dövlətə çevrilmişdir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaqdır. Hakimiyyətdə olduğu 34 il ərzində Ulu Öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçilərkən geniş kütlə tərəfindən bütün diqqət ona yönəldilmişdir. Tezliklə hər kəs Azərbaycana yeni fəaliyyət metodlarına malik rəhbərin gəldiyinin şahidinə çevrildi. Bütün bunlar isə çox sadə formada baş verirdi. Bu sadəliyin arxasında böyük təfəkkürün və baş verəcək dəyişikliklərin dayandığına heç kəs şübhə etmədi. Respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi, sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün zəmin hazırladı. 

 Tədbirdə çıxış edən Samux şəhər Mədəniyyət evinin əməkdaşı Gültəkin Əlizadə bildirdi ki, ötən əsrin 90-cı illərin əvvəllərində  Azərbaycanda hərc – mərclik, xaos, dərəbəylik hökm sürürdü. Ölkədə vətəndaş müharibəsi başalmışdır. Rayonlarımız işğal edilirdi. Orduda və rəhbərlikdə səriştəsizlik, pərakəndəlik, ikitirəlik düşmən qüvvələri üçün münbit şərait yaratmışdır.  Belə bir ərəfədə Azərbaycan xalqı tarixi  qərar verdi – öz taleyini Heydər Əliyevə etibar etdi . Xalq inanırdı ki, ölkəni  bu fəlakətdən yalnız Heydər Əliyev xilas edə bilər. Bu səbəbdən də təkidlə qüdrətli şəxsiyyəti Bakıya dəvət etdi. Əvvəllər bu dəvətlə razılaşmayan Heydər Əliyev ölkənin belə ağır, mürəkkəb bir vaxtında, ondan başqa heç kəsin bu böhranı aradan qaldıra bilməyəcəyini tam məsuliyyəti ilə dərk edərək, Bakıya – böyük siyasətə qayıtmağa razılıq verdi. Azərbaycan Respublikası Milli Məclisinin 1993 – cü il iyun ayının 15-də çağırılmış fövqəladə iclası Heydər Əlirza oğlu Əliyevi respublika Ali Sovetinin Sədri seçdi. Xalqın çağırışına səs verən Heydər Əliyev belə bir gündə bütün ağırlıq və məsuliyyəti öz üzərinə götürərək hakimiyyətə qayıtdı. Həmin gün sonralar xalqımızın tarixinə “Qurtuluş Günü” kimi daxil oldu.

 Tədbirin sonunda Samux şəhər 3 saylı məktəbin şagirdləri Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə yazılmış seirlər səsləndirdilər.

 

85.5 KB