Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ünbülbanu İmani Hacıyevanın 60 illik yubiley tədbiri keçirilib

12.12.2022

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət Mərkəzinin təşəbbüsü və AYB Gəncə bölməsinin təşkilatçılığı ilə Ünbülbanu İmani Hacıyevanın 60 illik yubiley tədbiri keçirildi. Yubiley tədbirini AYB Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi,
şair-dramaturq Xəzangül açdı. O Vətən uğrunda şəhid olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi.
Xəzangül giriş sözü ilə çıxışında istedadlı yazıçı Ünbülbanunun həyat və yaradıcılığı haqqında müfəssəl məlumat verib bildirdi ki, xanım yazıçının
indiyədək “Qarımış qızlar”, “Ötən ilin şaxta babası”, “Qırmızı nöqtələr”, “Ağlayaq yoxsa gülək” və.s kitablarının müəllifidir. Yazıçı öz əsərlərində həyat reallıqlarını bədii təsvir vasitələrilə qələmə almağı ustalıqla bacarır. Onun əsərləri oxunaqlı və düşündürücüdür. Çıxışının sonunda Xəzangül yubliyarı AYB Gəncə bölməsinin Fəxri Fərmanıyla təltif etdi. Yubliyarın tədbirində şair-dramaturq, tərcüməçi, İctimai TV-nın əməkdaşı İmir Məmmədli ürəkdən gələn sözləri ilə AYB Gəncə bölməsini və Ünbülbanunu salamladı. Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva həmin universitetdə fəaliyyət göstərən yubliyarı universitetin rektoru, professor Yusif Yusifovun adından təbrik edərək universitetin Fəxri Fərmanını Ünbülbanuya təqdim etdi. Ustad yazıçı Qərib Mehdi Ünbülbanunu təbrik edib, “Yüksəliş” qəzetinin
əməkdaşı kimi onun fəaliyyətindən söz açdı. Şair və yazıçılardan Bayram Apoyev, Sahib İbrahimli, Aydın Murovdağlı, Aləmzər Əlizadə, Saleh Qurbanov, Zəfər Abbasov, Zülfiyyə Yaqub, Maqbet Əhmədov, Minayə Abdullayeva, Eltun Türkel çıxış edib ürək sözlərini söylədilər. Gəncə Dövlət Universitetinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Mir Cəlal Paşayev ev muzeyinin əməkdaşları da təbrikə qoşuldular.
Ünbülbanu İmani Hacıyeva bu tədbirin təşkilində zəhməti olanlara təşəkkürünü bildirdi. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

 

74.3 KB