Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkomaniya ilə mübarizə hər kəsin vətəndaşlıq borcudur

14.06.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı kitabxana filialında 14.06.2018-ci il tarixdə "Narkomaniya ilə mübarizə hər kəsin vətəndaşlıq borcudur ”başlıği altında dəyirmi masa keçirildi. Tədbirdə təcili yardım stansiyasının işçiləri və fəal oxucular iştirak edirdilər.

Kitabxananın böyük kitabxanaçısi Həsənova Nazilə , bu gün bəşəriyyəti düşündürən ən ağrilı problemlərdən olan,cəmiyyətin bəlasına, xalqın,millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və narkotizim haqqında iştirakçılara məlumat verdi.. Tibbi Təcili yardım stansiyasinin həkimi Məmmədova Azadə cəmiyyətin bəlası olan narkomaniya haqqında geniş çıxiş etdi. Bu dəhşətli xəstəlik dinindən və dilindən sosial vəziyyətindən asıli olmayaraq hami üçün eyni dərəcədə təhlükəli olduğunu bildirdi. Milli məclis tərəfindən 1999-cu ildə “ Narkotik vasitələrin ,pisiximator maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında “ qanun qəbul edilmişdir. Bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı ,içtimai təşkilatlar da fəal mübarizə aparmalıdır. Kitabxanaçı Hüseynova Şahzadə qeyd etdi ki, QİÇS-in sürətlə artmasına təkan verən,ailə və icmalari dağıdan, sosial partlayışa sürükləyən bu bəlaya qarşı hər bir şəxsin fərdi və birgə fəaliyyətinə,əməli köməyinə ehtiyac vardır . Tədbir iştirakçıları öz fikirlərini söyləyərək qeyd etdilər ki, gələcəyimiz olan gəncləri zəhərləyən bu təhlükə mənbəyinə qarşı mübarizə hər birimizin vətəndaşlıq borcudur.