Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əbədiləşən şəxsiyyət” adlı geniş kitab sərgisi təşkil olunub

10.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 10.12.22 - ci tarixdə Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə "Əbədiləşən şəxsiyyət" adlı geniş kitab sərgisi təşkil olundu.Sərgini böyük kitabxanaçı Könül Mirxudayeva aparırdı.Kitabxanaçı ulu öndərin mənalı,zəngin və şərəfli həyat yolunu,çoxsahəli ictimai-siyasi fəaliyyətini,Azərbaycan dövlətçiliyi tarixində müstəsna xidmətlərini əks etdirən kitablar haqqında iştirakçılara məlumat verdi.Sərgidə 50-dən çox kitab və dövri mətbuat nəşrləri "Heydər Əliyev və mədəniyyət", "Heydər Əliyev və Azərbaycançılıq" və s.başlıqlar altında sərgilənmişdi.Sərgi iştirakçıların xüsusi marağına səbəb oldu.

 

205.4 KB