Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Hüququmuzu bilək və özümüzü dərk edək” başlıqlı konfrans keçirilib

10.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  6saylı  Gənclər Kitabxana filialında 09.12.2022 ci il tarixində Beynəlxalq İnsan Hüquqları günü ilə bağlı "Hüququmuzu bilək və özümüzü dərk edək" başlıqlı konfrans keçirildi. Tədbiri kitabxananın böyük kitabxanaçısı Xəyalə İsmayılova açıq elan  etdi. Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra "Heydər Əliyev və İnsan hüquqları" mövzusunda Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış etdi. G.D.U-nin Tarix  Kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov "Vətandaş hüquqları" haqqında məlumat verdi. Gəncə Maarif Evinin  Rəhbəri İmamverdi Vəliyev mövzu ətrafında öz fikrini bildirdi. Sonda Ombusdman Səbuhi Abbasov iştirakçılar tərəfindən verilən sualları cavablandırıldı.  Kitabxananın müdiri Məryəm Məmmədova maraqlı mövzuya görə  qonaqlara öz təşəkkürünü bildirdi. Konfransda kitabxananın fəal oxucuları iştirak edirdilər.

 

177.8 KB

 

142.7 KB