10.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Səfikürd Kənd Sənətkarlıq Evinin dəstəyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 881 illik yubleyinə həsr olunmuş "Nizami yurdumun iftixarıdır" adlı tədbir keçirilib.
Keçirilən tədbirdə Məşədiqaralar kənd Sənətkarlıq Evi, Veyisli kənd Sənətkarlıq Klubu, Səfikürd və Tatarlı kənd Kitabxana Filiallarının əməkdaşları, Səfikürd Kənd İcra Nümayəndəliyi, Səfikürd kənd tam orta məktəbinin rəhbəri və şagirdləri, bir qrup kənd sakinləri iştrak etmişdir.
Tədbirdə Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən kitab sərgisi və Nizami Gəncəvinin “Xəmsə”sinə həsr olunan məktəblilərin hazırladıqları rəsm sərgisinə baxış keçirilmişdir.
Tədbirin rəsmi hissəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.
Səfikürd və Məşədiqaralar kənd Sənətkarlıq Evlərinin direktorları Telli Behbudova, Rəsmiyyə Paşayeva çıxışlarında dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin 881 illiyinə həsr olunan tədbirlərin mədəniyyət müəssisələrində geniş şəkildə keçirildiyini vurğulayıblar.
Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan etməsini Nizami Gəncəvi irsinə göstərilən xüsusi diqqətin olduğu bildirilib.
Tədbirdə Nizami Gəncəvinin həyatı, yaradıcılığı, Nizami irsinin tədqiqi və təbliği barədə danışıblar.
Sonda dahi şairin qəzəlləri əsasında məktəblilərin hazırladıqları musiqi proqramı nümayiş olunub.