Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib

10.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzində , Naftalan şəhər Heydər Əliyev Mərkəzinin və Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.

Mərkəzin direktoru Faiqə Ağayeva tədbir iştirakçılarının nəzərinə , dahi şəxsiyyət Heydər Əliyevin tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlətin inkişaf strategiyasının əsasını qoyan, azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi qalacağını çatdırıb.

Mərkəzin əməkdaşı Ramilə Həsənova Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyində nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib, Azərbaycan dövlətinin inkişafında müstəsna xidmətlərindən bəhs edib.

Heydər Əliyevin və Azərbaycan gənclərinə qayğısı və Heydər Əliyev siyasətinin uğurlu davamı haqqında məruzə ilə çıxış edib.

Tədbirin sonunda Heydər Əliyevə həsr olunmuş sənədli filmə baxış keçirilib.

 

241.9 KB

 

404.9 KB