Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dünəndən bu günə Heydər Əliyev” mövzusunda seminar keçirilib

10.12.2022

Samux rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq "Dünəndən bu günə Heydər Əliyev" mövzusunda seminar keçirilmişdir.

09.12.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Dünəndən bu günə Heydər Əliyev" mövzusunda gənclərlə seminar keçirilmişdir. Seminarda gənclərə, Mərkəzin əməkdaşları Afərin Namazova, Zenfira Qılıcova həmçinin GİKM Samux nümayəndəliyinin direktoru Kamil Məmişov tərəfindən Ulu Öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti, onun Azərbaycançılıq təfəkkürü və ölkəmiz naminə atdığı mühim addımlar haqqında ətraflı məlumat verilib. Ulu öndərin həyatından bəhs edən "Fədakar" adlı sənədli film izlənilmişdir.

 

65.5 KB