Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xalqın Xilaskarı” adlı tədbir keçirilib

10.12.2022

10.12.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Nizami Gəncəvi adına Gənc şəhər Tarix-Diyarşünaslıq Muzeyində 12 dekabr- Azərbaycanın dahi rəhbəri, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Xalqın Xilaskarı” adlı tədbir keçirilmişdir. İlk olaraq Muzeyin direktoru Pərvin Nəzərəliyeva “ Heydər Əliyev Müsair Azərbaycanın memarıdır” adlı mühazirə ilə çıxış etdi. O, öz çıxışında bildirdi ki, Heydər Əliyevin siyasi və sosial cəhətdən çətin bir zamanda hakimiyyətə gəlməsi Azərbaycan dövlətinin qurtuluşu, Azərbaycan xalqının isə dirçəlməsi idi. Ulu Öndər, dahi rəhbər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan iqtisadiyyatı sıfırdan mükəmməl şəkildə qurulmuşdur. Daha sonra Muzeyin Elmi İşçisi Xəyalə Əliyeva Heydər Əliyev və Ordu quruculuğu mövzusunda geniş məruzə ilə çıxış etdi. Dahi rəhbərin hakimiyyətə gəlməsi ilə Azərbaycanda Ordu Quruculuğu işi dünyanın qabaqcıl ordularının strategiyasının əsasları təhlil edilərək həyata keçirilmişdir. Xəyalə Əliyeva bildirdi ki, 44 günlük vətən müharibəsindəki nəaliyyət məhz Heydər Əlieyin Ordu Quruculuğu startegiyasının mükəmməl şəkildə həyata keçirilməsinin bariz nümunəsi idi. Muzeyin elmi işçisi Zəminə Abdullayeva isə ’’ Heydər Əliyev və Azərbaycan Gəncliyi’’ mövzusunda məruzə ilə çıxış etdi. O qeyd etdi ki, Dahi rəhbərin hakimiyyətə gəlməsi ilə Azərbaycan Gənclər ölkəsinə çevrildi. Gənclər və İdman Nazirliyinin yaradılması bu istiqamətdə yeridiləcək siyasətin əsas pirotetlərini müəyyən etdi. Daha sonra isə muzeyin elmi işçisi Fidan Böyükbabalı “Heydər Əliyevin dünya siyasəti tarixindəki rolu’’ mövzusunda mühazirə ilə çıxış edərək bildirdi ki, Heydər Əliyev dünyanın zəngin siyasi irsi olan siyasətçilərindən biridir. Qeyd etdi ki, bu gün biz şanslı gənclərik ki, belə dahi şəxsiyyətlə bir əsrdə yaşamışıq. Tədbirin sonunda 6 –cı sinif şagirdi Elxan Hüseynov gənc şair Qabil Ədalətin Ümummilli lider Heydər Əliyevə həsr etdiyi “ Bir ulu sərkərdə, bir ulu öndər “ şeirini söylədi.

 

161.9 KB

 

68.1 KB