Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlik ən uca zirvədir” adlı dəyirmi masa təşkil edilib

10.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Mədəniyyət Evində Qaraçinar kənd Mədəniyyət  Evinin birgə təşkilatçılığı ilə 1-ci Qarabağ müharibəsinin Şəhidi, Bayraq Ordeni ilə təltif olunmuş Şəfəq kənd sakini Fərman Telman oğlu Qurbanovun mövlud günü ilə əlaqədar "Şəhidlik ən uza zirvədir" adlı dəyirmi masa təşkil edilmişdir.

Keçirilən tədbirdə Mədəniyyıt işçiləri, Şəfəq, Qaraçinar kənd Kitabxana Filiallarının əməkdaşları, rayon ictimaiyyət nümayəndələri, Şəhidin ailə üzvüləri, 44 günlük vətən müharibəsinin Şəhid ailəsi, Qazilər, Şəfəq kənd Uşaq bağçası və körpələr Evinin rəhbəri iştrak etmişdir.

Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şəfəq kənd Mədəniyyət Evinin direktoru Samirə Kazımova ilk öncə tədbir iştrakçılarını salamlayaraq iştrak etdikləri üçün hər birinə sonsuz minnətdarlığını bildirdi.

 Şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verərək Şəhidlərimizə uca Allahdan rəhmət ailələrinə səbir diləmişdir.

Tədbirdə Qaraçinar kənd Mədəniyyət Evinin əməkdaşı Xalidə Ələkbərova Şəhid Fərman Qurbanovun keçdiyi şərəfli döyüş yolundan, qısa və mənalı həyat hekayəsindən söhbət açaraq geniş məlumat verdi.

Çıxış edən mədəniyyət işçisi, ictimaiyyətçi Elçin Tağıyev bildirmişdir.

1-ci Qarabağ müharibəsi dönəmində Şəhid olmuş igid oğullarımızın qisası 44 günlük Vətən müharibəsində alındı. Sentyabrın 27-da şanlı Azərbaycan ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq Ermənilərlə olan münaqişə qələbə ilə başa çatdı.

Vətən müharibəsi günlərində ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi. Onun rəhbərliyi ilə düşmən üzərində şanlı Qələbə qazanıldı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Qazanılan şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasət sayəsində əldə olundu.

Bildirildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbəbə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızin ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları heç vaxt yaddan çıxarmayacaqdır. Eyni zamanda qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da vardır. Dövlətimizin başçısı İlham Əliyev və Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələri və qazılərin yanındadır. Onların problemlərinin həlli istiqamətində böyük işlər görülür deyə Elçin Tağıyev bildirmişdir.

Çıxış edən şəhid ailələrinin üzvləri ölkə başçısı İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Şəhid Fərman Qurbanovun ailəsinə Şəfəq, Qaraçinar kənd Mədəniyyət Evlərinin kollektivləri tərəfindən xatirə hədiyyələri təqdim edildi.

Tədbir Şəfəq kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları vətənpərvərlik mövzusunda şeir parçaları ilə davam etdirildi.

 

91.3 KB

 

93.1 KB