Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

15 İyun Milli Qurtuluş gününə həsr olunmuş dəyirmi masa

14.06.2018

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux rayon Mədəniyyət Mərkəzində 15 İyun Milli Qurtuluş gününə həsr olunmuş dəyirmi masa təşkil olundu.

Tədbiri Mədəniyyət Mərkəzinin direktoru Şəlalə Tağıyeva açaraq iştirakçıları salamladı.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Şəlalə Tağıyeva, 15 İyun Milli Qurtuluş gününün Azərbaycan xalqının çoxəsrlik tarixində ən əlamətdar günlərdən biri olduğunu, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək, xalqın təkidli tələbi ilə yenidən ölkəmizə siyasi rəhbərliyə qayıtmasını xüsusi vurğuladı.

Sonra Samux rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Maviyyə Hüseynova, Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Şəhla Abdullayeva və başqaları çıxış etdilər.

Çıxışlardan sonra Milli Qurtuluş gününə həsr olunmuş film nümayiş etdirildi, Azərbaycana həsr olunmuş şeirlər səsləndirildi.