Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Dahi insan, qüdrətli şəxsiyyət” adlı dəyirmi masa keçirilib

09.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Sərkar kənd kitabxana filialının təşkilatçılığı ilə 09.12.2022- ci il tarixində Dahi şəxsiyyət,Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar " Dahi insan, qüdrətli şəxsiyyət" adlı dəyirmi masa keçirildi.Tədbirdə Sərkar kənd kitabxana filialının işçiləri və oxucuları,Sərkar kənd tam orta məktəbin müəllim və şagirdləri,Folklor evinin işçiləri iştirak edirdi.İlk öncə Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla anıldı.Kitabxana filialının müdiri Gülşən Əliyeva ,çıxışında hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar vardır. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıblar.Və həmin dahilərdən biri də Azərbaycanın Ulu öndəri Heydər Əliyevdir deyə qeyd etdi.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedada sahib, müdrik dövlət xadimi kimi düşmüşdür. O çıxışında həmçinin Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərindən danışdı. Sərkar kənd tam orta məktəbin müəllimi ,Nəsibli Nəzakət Heydər Əliyevin dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyevin «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdiyini,vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibətindən danışdı.Fəal oxucu Nəzakət Məmmədova çıxışında Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi olmuşuq deye qeyd etdi.İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəldiyini söylədi.Sonda söz oxuculara verildi,onlarda öz növbələrində   Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər.

 

64.8 KB