Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Ulu Öndər,Ulu Sərkərdə ” adlı mühazirə-söhbət keçirilib

09.12.2022

09.12.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzində Mədəniyyət Mərkəzinin təşəbbüs və təşkilatçılığı ,Mərkəzi Kitabxana,Tarix Diyarşünaslıq Muzeyi və Rəsm Qalareyasının birgə təşkilatçılığı,Goranboy rayon YAP təşkilatı və şəhər 1 və 2 saylı klublarının iştirakı ilə Ümummilli Lider , Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin anım günü ilə əlaqədar “ Ulu Öndər,Ulu Sərkərdə ” adlı mühazirə-söhbət keçirildi.Ulu Öndərin həyatından və siyasi fəaliyyətindən bəhs edən “Dahi insan,böyük şəxiyyət” başlıqlı kitab və rəsm sərgiləri nümayiş olundu.Tədbirdən ilk öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev açaraq dahi şəxsiyyətin mənalı ömür yolu barədə geniş və ətraflı məlumat verdi.İctimai fəal Elçin Tağıyev,Tarix Diyarşünaslıq Muzeyinin fond mühafizi Ulduz Bağırova məruzə ətrafı çıxış etdilər.Mərkəzi Kitabxananın Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva sərgidə nümayiş olunan kitablar barədə tədbir iştirakçılarına məlumat verdi.Sonda Mədəniyyət Mərkəzinin təşkil etdiyi Heydər Əliyevin həyat yolundan bəhs edən
videoçarx izlənildi.

 

71.9 KB